Bu xümmari-səbuhi-arzusindən şərab istər
Bu xümmari-səbuhi-arzusindən şərab istər,Dağıtmış noğli əflakə gəhi cami-şərab istər.De ey göz nuri, könlümün süruri, ömrümün nəqdi,Nədəndür bu ki, can cananə səndən ictinab istər.Dutub can töhfəsin amadə idim rahi-təslimə,Gəlür, əlbəttə, malın bir gün ol sahib rikab istər.Çü almaz dust vəsl əyyami göznə bu mühəqqərni,Bu mə’yusi-əvvəl min bə’d can mülkin xərab istər.Degil vəsl istəgim bu xatiri-naşad içün billah,Budur qorxum ki, yarım yar yarından hesab istər.Bu dirlikdən qərəz əxzi-mətai-vəsli-canandur,Və gər nə xəstə dil yaleytəni künti-türab istər.Degil eyb ər Məsihidən ləcacət görsə cananı,O Rumi mənbəidən hinduyi-ləbtəşnə ab istər.
Kitabxana.az · https://kitabxana.az/en/works/mesihi-bu-xummari-sebuhi-arzusinden-serab-ister
Use ← → keys to move, R for a random poem
More by this author
Ah, kim dövrani-kəcrov halımı zar eylədi,Dil pərişan, didə pürxun, sinə əfgar eylədi.
Bu, Vərqa duyduğudur nəyləmiş əğyar bidadiBafəndeyi-dəstgahi-əxbar,Surətgəri-gargahi-asar.
Bu, Vərqa qıldığıdur çərxə tə’nəKey çərx, nədür bu rəsmi-bidad,Fəryad işinə həzar fəryad.
Bu, Vərqa mahilə rəzm etdigidürKey mah nədür sənin xəyalın,Gəh naqisü gəh olan kəmalın?