Bu, Gülşanın ol istiğnadə ərzi-halidür yarə
Gülşa bu kəlami eyləgəc guş,Nə söz, özün eylədi fəramuş.Əqlin başa vergəc ol pərizad,Yeritdi necəsi qıldı fəryad.Pəs söylədi: – Ey tən içrə canım,Vey kamdəhi-dilü rəvanım.Mən acizənin yox ixtiyariKim ola sənin ilə mədari.
Yoxdur sənə dəxi dəsti-zurum,Vəslinlə müdam ola hüzurum.Necə ola cövri bu bəlanın,Halı nə ola bu mübtəlanın.Əkməkdə şəmameyi-nəvidim,Var idi vüsalə çox ümidim.Peyvəstə xəyali-vəsl edərdim,Tərtib ona fər’ü əsl edərdim.Gəh rəxt düzüb, gəhi şəmayil,Arayişə xatir idi mayil.Güm oldu çü ol qərəz aradən,Mə’yus oldum o məddəadən.Hala qəmudən ümid döndi,Novmidlik ilə can söndi.Pabənd ola necə bir əlayiq,Necə çəkə minnəti-xəlayiq?Yegdür ura püşti-pa vücudə.Sənsiz nedərəm bu cismü cani,Səbr ilə rəvan verəm rəvani.Saldı məni çünki getdi dildar,Olmaq nə rəva müsahib əğyar?!Yetsə xəbərim ki, öldü Gülşa,Gəl qəbrimə eyləgil tamaşa.Dirlikdə çü olmadı ərusi,Xakim qıla bari paybusi.Öldüm demə vayə ver əmindənKəsmə gəl əlimni damənindən.Qafil məni anda bilmə, ey yar,Gəl üstümə kim mənəm xəbərdar.Ta sən qoyasan qədəm o xakə,Ruhum saça nur o fərqi-pakə.Haşa ki, şəhidi-xəncəri-eşq,Gərdənnəhi-qeydi-çənbəri eşq.Fövt olmağilə ola fənasi,İtə ol aradə müddəasi.Ləb bağladı bu söz üstə razə,Filhal bu şe’ri düzdü sazə.
Kitabxana.az · https://kitabxana.az/en/works/mesihi-bu-gulsanin-ol-istignade-erzi-halidur-yare
Use ← → keys to move, R for a random poem
More by this author
Şəh rəh bulduqda intibahə,Xət çəkdi cərideyi-nikahə.
Bəyan eylər bu söz Vərqa ilə Gülşa məqalatınGülşa dəx o rəmzidin xəbərdar,Ol ki, nə fikr eyləmiş yar.
Bu gün, ey dust, dilmürğini olmaq kəbab istərBu gün, ey dust, dilmürğini olmaq kəbab istər,O mə’mur eyləyən məzrə’ni ömr ilə xərab istər.
Bu xümmari-səbuhi-arzusindən şərab istərBu xümmari-səbuhi-arzusindən şərab istər,Dağıtmış noğli əflakə gəhi cami-şərab istər.
Poems by other poets · Love
Pərtövi-hüsni-cəmalın aləmi pürnur edər,Əhsəni-vəchi-xəyalın adəmi məsrur edər.
Gəraylı: Aşiqlik peşəsin qıldımAşiqlik peşəsin qıldım,Namusdan, ardan ayrıldım,
Qısqanıram mənO çalır, nəğmənin hər xalında sən,Qəlbini, ruhunu tapmısan deyən.
DilbərBir ərzim var qulluğunaAy xalları qoşa dilbər.