Acı həqiqət
Səni ucaldacaqlar,sən özündən əvvəliuca tutduğun qədər.Səni unudacaqlar,öz kökünü, soyunusən unutduğun qədər.Zamanın səndən ötrüürəyi buz, bağrı daş,Tarix çox qocalandaçatmaz köməyə, yaddaş.Qarşıdadır nə qədərİmtahanlar, sınaqlar,Çıxmasan o sınaqdan,səni unudacaqlar!
Tarixdə tarix boyuyalanı çox danışıb,doğrunu az deyiblər.Çoxlarını unudub,hədər yerə adına“unudulmaz” deyiblər.Yüz də yansın-alışsın,səngiyəcək sevgilər,soyuyacaq ocaqlar.Unutma, unudulmazacı bir həqiqəti,səni unudacaqlar!
Qurudub sularını,kəsəcəklər çayını,kəsəcəklər arxını.
Çərxi-fələk tərsinəfırladacaq çarxını.Sonra bir az yaş tökübverəcəklər üçünü,verəcəklər qırxını.Bir də açılmayacaqgəlişini gözləyənisti qollar-qucaqlar,Oğulsan unudulma,səni unudacaqlar!!!
2003, 23 aprel
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-aci-heqiqet
Use ← → keys to move, R for a random poem
More by this author
Aşıq el oğludu, el anasıdı,Qəlbindən fərəhlə qəm şirə çəkər,
HəkimGözəl cərrah, unudulmaz insan*Şamil Əlizadənin xatirəsinə*
Yollar məni ellərin ürəyinə qaytarırTanışdı ayağıma daşı da, kəsəyi də,Naxışdı gözlərimə çayı da, çisəyi də.
Gözəl dünya, gözəllərin var olsunGülüşündə güllər açdı könlümüz,Gözəl dünya, gözəllərin var olsun.