Yollar məni ellərin ürəyinə qaytarır
Tanışdı ayağıma daşı da, kəsəyi də,Naxışdı gözlərimə çayı da, çisəyi də.Sığaldı saçlarıma mehi də, küləyi də,Şehinə, çəməninə, çiçəyinə qaytarır,Yollar məni ellərin ürəyinə qaytarır!
Ömrünə sirdaş oldu “Misri”, “Cəngi”, “Heyratı”,Yəhər üstündə keçdi babaların həyatı.Dağ döşündə dil açır yenə “Çobanbayatı”,Sazına, kamanına, tütəyinə qaytarır,Yollar məni ellərin ürəyinə qaytarır!
Üz tuturam həmişə işıq gələn tərəfə,Bu işıqlar içində ömür çatır şərəfə.Bulaqların gözünə qayıdanda hər dəfəQəlbimin ən uğurlu diləyinə qaytarır,Yollar məni ellərin ürəyinə qaytarır!
Elə bil eşidirəm şəlalənin səsini,Sazım kimi duyuram hər zilini, pəsini.Duyğularım torpaqdan çəkir öz şirəsini,Arısına, balına, pətəyinə qaytarır,Yollar məni ellərin ürəyinə qaytarır!
Yurda pərvanə çoxdur, biri də mən oluram,Dağda çiçək, daşda gül, düzdə çəmən oluram.Vətəni gəzə-gəzə dönüb Vətən oluram!Nemətinə, duzuna, çörəyinə qaytarır,Yollar məni ellərin ürəyinə qaytarır!
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-yollar-meni-ellerin-ureyine-qaytarir
Use ← → keys to move, R for a random poem
More by this author
Çox dolaşıq suallar var başımda,Ağrı çəkən aləmdimi, mənəmmi?
NifrətimNə zaman ki, haqq döyülür, nahaq döyür,Nə zaman ki, şər qapına ayaq döyür,
20 yanvar günü20 Yanvar günü –Boran günü, qar günü!
AltındaKim biganə baxa bilər bu doğranmış budaqlara,Solub getmiş diləklər var solan yarpaqlar altında.
Poems by other poets · Nature and spring
Eşitmişəm yar yanında müddəi,Deyib Sabit bu samana gəlməsin,
Birisi nəAşiqlərdə gərək üç şey cəm olsun,Birsi sazdı, birsi sözdü, birsi nə?
Eşitcək bu sözü təbim həzan dilkəbab olduEşitcək bu sözü təbim həzan dilkəbab oldu,Açıb dürci-dəhanın əql ilən hazırcavab oldu:
Gəncənin yanındaQəbrimin üstünə gəldiyin zaman*Pak olan ruhumu xatırla bir an...*