Gəlin, dostlarım, gəlin!
Ayrılıq çağı gəldi,Gəlin, dostlarım, gəlin!Ölüm ayağı gəldi,Gəlin, dostlarım, gəlin!
Torpağa varış gəldi,Əcəllə barış gəldi,Haqqa yalvarış gəldi,Gəlin, dostlarım, gəlin!
Vaxtın üzü boz oldu,Kəfənimiz bez oldu.Ayrılıq çox tez oldu,Gəlin, dostlarım, gəlin!
Baxışda bulud yükü,Könüldə sükut yükü,Çiyində tabut yükü,Gəlin, dostlarım, gəlin!
Dağı aşmaq vaxtıdı,Dilin çaşmaq vaxtıdı,Halallaşmaq vaxtıdı,Gəlin, dostlarım, gəlin!
Çəkin bir az nazımı,Dilləndirin sazımı,Qıldırın namazımı,Gəlin, dostlarım, gəlin!
Axşam oldu sabahım,Keçin, varsa günahım.Bağışlasın Allahım,Gəlin, dostlarım, gəlin!
2003, 28 noyabr
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-gelin-dostlarim-gelin
Use ← → keys to move, R for a random poem
More by this author
Yad ellərdə gözəl sevmək xatadı,Qürbət səndə, sən qürbətdə qalarsan.
Torpaq yanğısıÇıxışlarının birində Rauf Denktaş dedi: “Bir gün Yasir Ərəfat mənəsöylədi ki, Rauf bəy, sən məndən xoşbəxtsən. Sənin Türkiyən var,
Divar və çay(Berlinin yıxılan divarları önündə düşüncələr)Bir dövləti ikiyə
Yeldağı haqqıQocaman Borçalıda, dağlar qoyunda Kəpənəkçi adlıqoca bir kənd var. Məni dünyaya gətirən bu kəndə sökəkli
Poems by other poets
Bir bölük sona tək göllər üstündəDüzülüb dönübdür durnaya qızlar.
Bir kəs ki, qəm düçarı ola, ağlar, ağlamazBir kəs ki, qəm düçarı ola, ağlar, ağlamaz?Ənduhu qüssə yarı ola, ağlar, ağlamaz?
OluramUzaq yoldan gələn yarım,Yoluna qurban oluram,
GörmədimAşıq Sayad Nova, Aşıq Ələsgər,Aşıq Musa, Alı, Məmməd Söyün var,