Bilmədim
Mən ki yeddi bələndətükü tükdən seçərdim,Hardan endi gözüməçəni, bilə bilmədim.Həsəd aparardılarqapqara tellərimə,Niyə düşdü saçımadəni, bilə bilmədim.
Başda fikir dünyası,könüldə ah dünyası,Yoxsuldu nökər ömrü,varlıdı şah dünyası.Ah, bu qarın davası,ah, bu tamah dünyası,Çaşdım səmti, qibləni,yönü bilə bilmədim.
Cavabı tapılmayansuallar durdu qəsdə,Biz niyə bölünmüşük,islama, xaçpərəstə?Duyğular yığın-yığın,fikirlər dəstə-dəstə,Min bir fikir oxudum,dini bilə bilmədim.
Yolçuyam, yol gedirəməllidən yüzə doğru,Dağdan aşmış bir Günəm,enirəm düzə doğru,Sənə sarı yeridik,gəlmədin bizə doğru,Dünya, özümü bildim,səni bilə bilmədim.
2003, 28 sentyabr
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-bilmedim
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Od oğluyam, alovlardan doğuldum,Alovlana-alovlana.
Əlifba(Əlif) Allah ismin əzbər eylədim(Bə) buyurdu lütf-i ehsan çağıdır
Gəraylı: Ey ağalar, bu gözəldənEy ağalar, bu gözəldən,Mən dönərəm, könül dönməz,
Qəzəl: Gərçi artıq yaraşır ol cameyi-gülgün sənəGərçi artıq yaraşır ol cameyi-gülgün sənəHər nə geysən qaməti-mövzun edər mövzun sənə