Bir əsim mehdən də üşüyənəm mən,İmkanın çatırsa üşütmə məni.Oxşa deyirəmsə, bağrına bərk bas,Yorğunam dedimsə, eşitmə məni.

Yanğım illərimin o tayındadı,Əlli il əvvəldə uyuyur indi.Ürəyim yenə də od parçasıdı,Canımın alovu soyuyur indi.

Böyük sevgilərə inanıram mən,O sönmür, sönsə də hər yanan ocaq,Qəbrimin üstündə son duanı da,Sənin dodaqların pıçıldayacaq!

2011, 4 fevral

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets