İllər keçdi, körpələrin,Körpəlikdən əli çıxdı.Vaxt dolandı, gənclik adlıMeydana bir dəli çıxdı.

Sevincdən qalmadı nişan,Sərnidi qaynayıb-daşan.Yaxamızdan bərk yapışanÖlüm adlı zəli çıxdı.

Görən gözmüş, vuran əlmiş,Nərəsi dağları dəlmiş.Gəncliyimiz nə gözəlmiş,Qocalıq gülməli çıxdı.

2000, 5 sentyabr

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets