Ey eşqin Allahı
Ey eşqin Allahı, yaxşı bax mənə,Məni bəndəliyə götürərmisən.Mənim xəyalımı bir yaylıq kimi,Yar gələn tərəfə ötürərmisən.
Səhranın sirdaşı küləkdi, qumdu,Torpağın naxışı toxumdu, tumdu,Mən qara kotanam, o qara şumdu,Mən səpən toxumu bitirərmisən.
Gah zildə dil açar, gah da ki, pəsdə,Hər gün sevənlərin qulağı səsdə.O sənin yanında, mən yerin üstə,Məni sevgilimə yetirərmisən.
2011 4 fevral
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-ey-esqin-allahi
Use ← → keys to move, R for a random poem
More by this author
Qələmim yük tutub halal mayadan,İlhamım nə sükut, nə lallıq bilir.
Fürsət verdi AllahımızNəfəs verdik, nəfəs aldıq,Dağlar əlacımız oldu.
Halal sevgilərin uzundur ömrüİşığı ulduzdan, Aydan götürər,Halal sevgilərin uzundur ömrü.
Böyük sevgilərSevənlər birləşəndə bir ürək, bir can olur,Gecə-gündüz nur yağır rəngindən, çöhrəsindən.