Nəfəs verdik, nəfəs aldıq,Dağlar əlacımız oldu.Bircə anda unudulan,Ağzımız, acımız oldu.

Cavanlığa qayıtdı yaş,Gözdə qəm yox, ruhda təlaş.Öpdüyümüz hər qara daş,Kəbəmiz, hacımız oldu.

Göylərə dəydi başımız,İtiləndi yaddaşımız.Məğrur qaya — qardaşımız,Tər çiçək bacımız oldu.

Dünya yenə həmən-həmən,Duyğulardı şehdə çimən.Naxışlı düz, yaşıl çəmən,Əriş-arğacımız oldu.

Günəş bizi tutdu zərə,Cənnətimiz hər dağ-dərə.Döndük dağda peyğəmbərə,Göyə meracımız oldu.

Fürsət verdi Allahımız,Güldü axşam-sabahımız.Gözəllər könül şahımız,Gözəllik tacımız oldu.2003, sentyabr

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets