Mən sənə şair gözüylə baxıram
Gülürsən, sevinirsən,yanağında lalə görürəm.Ağlayırsan, hönkürürsən,gözlərində şəlalə görürəm.Tutulursan, dolursan,baxışında bulud görürəm.Susursan, kiriyirsən,dodağında sükut görürəm.Sevirsən, sevilirsən,sabaha uçuşlarını görürəm.Cəh-cəh vurub oxuyursan,səsində cənnətinquşlarını görürəm.Kövrəlirsən, qəlbində dünyanınqəmini görürəm.Danışırsan, nəfəsində könlümünhəmdəmini görürəm.Bütün zamanlarınruhu səndədi,Mən sənə baxandaBütün zamanları,Zamanların içindəHər saniyəni,hər saatı görürəm.Sən mənim həyatımsan,Hirsində, qəzəbində,Sevgində, əzabında,Tükənməz həsrətində,Sonsuz məhəbbətində,Şahanə duruşunda,Ağır oturuşundamən həyatı görürəm.Bir insan varlığında,sevgi xumarlığındaAllahın yaratdığıKainatı görürəm.
2009, 13 aprel
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-men-sene-sair-gozuyle-baxiram
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Yar-rəfiq xəbər alsa əhvalım,Deyə bilmən məni oda salan var.
Sirri-eşqi demək olseydi, nihan etməz idimSirri-eşqi demək olseydi, nihan etməz idim,Dəxi gizlin bu qədər ahu fəğan etməz idim.
GəlmədiOğrun yollara baxmaqdan,Bağrım qan oldu, gəlmədi.
HandadıEy ağalar, həsrətini çəkərəm,Bu mələk mənzərim bilmən handadı.