Heç bir sualda,heç bir cavabda,Heç bir yazıda,heç bir kitabda“Ağıllı şair” sözünərast gəlmədim.“Dəli şair” dedilərşairə,Şair tanımadıölçü, sərhəd, dairə.Dərisi soyulan Nəsimi –haqqın dəlisi,Ciyəri şişən Sabir –xalqın dəlisi.Qeysə Məcnun dedilər,Koroğlunun aşığına Cunun dedilər.Mahmuda Kərəm dedilər,Yəhya bəyə Dilqəm dedilər.Dəli şair dedilər Səmədə,Vurğun dedilər, çılğın dedilər,dalğın dedilər.Müşfiq Dilbərin dəlisi,Vurğun Dürrənin dəlisi.Şair bəzən elə coşur,Bir dünyaya sığa bilmirbircə zərrənin dəlisi.Yanır qəlbi, yanır bağrı,Gedir öz eşqinə doğru.Heç bilmirbaşının üstündəkiDoğan Günəşdimi,tökülən doludumu,yağan qardımı.Ürəyi vardı, şair oldu,Ağlı olsaydı, şair olardımı?!Gedib daş daşıyardı,divar çəkərdi,Torpaq becərərdi,ağac əkərdi.Günü göy əsgiyəbükülməzdi,Gördüyünə görəgözləri tökülməzdi.Bəbəkləri oyulmazdı,Diri-diri dərisisoyulmazdı.Öz dərdini çəkərdi,Özgələrin dərdiniiçində yaşatmazdı.Qanan, qanmayanbostanına daş atmazdı.Cana doymazdı hədələrdən,Tənə yeməzdi gədələrdən.Nə yediyi ağı,nə içdiyi zəhər olardı.Nə qəlbində bu qədər qəm,Nə gözündə bu qədərqəhər olardı.Zorəntəbib şairlərYüz də yazsın, yaratsın,Kimə nə ziyanı,kimə nə xeyri.Allahın özü yaradırvergili şairləri,ilahi şeiri.

Bir Allahdan başqaYoxdu köməyi,arxası, yardımı,Ürəyi vardı,vuruldu şair oldu,Ağlı olsaydı,bu qədər zülmlər çəkibşair olardımı?

2009, 13 aprel

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets