Bir qocaya baxıram,Alnında saysız qırış.Yaman verib hökmünü,Qar üstə yağan qar,Qış dalınca gələn qış.Bir qocaya baxıram,İllər gedib əlindən,Zaman su kimi axmış.Sanki bütün şimşəklər,Onun başında çaxmış!Bir qocaya baxıram,Bir sümükdü, bir dəri.Yenə yaşamaq üçün,Sanki imdad istəyir,Ömrün gələn günündən,Ömrün keçən günləri!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets