Xəstə düşdüm, gələn yoxdur üstümə
Xəstə düşdüm, gələn yoxdur üstümə,Qərib öldüm, bikəs öldüm, yad öldüm,
Xəbər olsun yaranıma, dostuma,Qərib öldüm, bikəs öldüm, yad öldüm.Ey sevdiyim, səndən qeyri kimim var,Gəl üstümə, aman öldüm, dad öldüm.
Xırdacalar yığıldılar yamma,Fikr elədim odlar düşdü canıma,Başdan belə yazılıbdır şanıma,Qərib öldüm, bikəs öldüm, yad öldüm.Ey sevdiyim, səndən qeyri kimim var,Gəl üstümə, aman öldüm, dad öldüm.
Dərdim çoxdur, birin doğm sanan yox,Məgər burda qəm hərfıni qanan yox?Bir ah çəkib cigərindən yanan yox,Qərib öldüm, bikəs öldüm, yad öldüm.
Ey sevdiyim, səndən qeyri kimim var,Gəl üstümə, aman öldüm, dad öldüm.Ağla, didəm, qanh yaşın sel olsun,Söyləməyə gizli dərdin dil olsun,Kimim vardır qohum-qardaş, el olsun,Qərib öldüm, bikəs öldüm, yad öldüm.
Ey sevdiyim, səndən qeyri kimim var,Gəl üstümə, aman öldüm, dad öldüm.Vidadiyəm, təbib dərdim bağlamaz,ınəm başın düyünləməz, dağlamaz,a yığılar, sərin baxar, ağlamaz.Qərı öldüm, bikəs öldüm, yad öldüm.y ^evdiyim, səndən qeyri kimim var,ə üstümə, aman öldüm, dad öldüm.
Kitabxana.az · https://kitabxana.az/en/works/vidadi-xeste-dusdum-gelen-yoxdur-ustume
Use ← → keys to move, R for a random poem
More by this author
Ey səba, gəl bir xəbər ver canə, canan xandadır?Şəhri-könlüm oldu viran, ona sultan xandadır?
Ər libasın geyə hər rənglə zən, mərd olmazƏr libasın geyə hər rənglə zən, mərd olmaz,Mərd hərçənd ki, zən öldürə, namərd olmaz.
Gəl, ey vəhdət qəzalı, Sən bu səradən nə istərsən?Gəl, ey vəhdət qəzalı, sən bu səhradən nə istərsən?!Xəyalın həmnişin oldu bu tənhadən nə istərsən?
Gərçi yüz min aləm içrə var yarından cüdaGərçi yüz min aləm içrə var yarından cüda,Heç kəs mən tək deyil pərvərdigarından cüda.
Poems by other poets
Söyüşün, ey nəciblər, söyüşün!Fəxri-millət ədiblər, söyüşün!
Hər nə kim almaq dilersən, al ilə gəl məndən alHər nə kim almaq dilersən, al ilə gəl məndən al,Aldanıram mən sənə, sən hər necə edərsən al.
Haqq nəsib eyləsin yenə varalumHaqq nəsib eyləsin yenə varalum,Bab-i-salam qapusundan girəlum,
SualAləm, səndən mən bir xəbər alayım,Cənnətin çırağı nə içindədir?