Gözəlləşirəm
Mənim gözəlliyim şeirimə bağlı,Kim onu öyəndə gözəlləşirəm.Yaşıl misralardan yaşıl don biçib,Gözəllər geyəndə gözəlləşirəm.
Məni danışdırır ilham yar kimi,Dinirəm ən şirin havalar kimi.Dolu misralarım yetkin bar kimi,Budağı əyəndə gözəlləşirəm.
Bürünür ipəyə, zərə bir cürə,Dağ bir cür gözəldi, dərə bir cürə.Bir cür gözəlləşir, hərə bir cürə,Mən şeir deyəndə gözəlləşirəm.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-gozellesirem
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Rəxtin al geyimiş bağçaya gedir,Başına götürmüş buta bağları,
Qəzəl: Sızıldar üstüxanım, bilmən, ey can, sən nə sızlarsənSızıldar üstüxanım, bilmən, ey can, sən nə sızlarsən,Yanar bərqi-bəladan ol neyistan, sən nə sızlarsən
ƏlifbaƏlif Allah ilə yad etdim mən Allahu əkbəri,Bəqayi-lə-yəzəldir fani olmaqdan bəri,
KəməndTa müənbər kakilin xurşidə salmışdır kəməndBağlamışdır boynumu zənciri-zülfün bənd-bənd