Bilmirəm
Ölüm adlı bir dinsizinHansıdı dini, bilmirəm.Niyə belə uzun çəkdiNifrəti, kini, bilmirəm.
Hava soyuq, rüzgar sərin,Ömür gödək, yara dərin.Nə vaxt kəsər ürəklərinFəryadı, ünü, bilmirəm.
Əcəl gəlsə, almaz izin,Süründürər dizin-dizin.Hardadı bu qibləsizinQibləsi, yönü, bilmirəm.
Dərd min birdi, mənsə birəm,Torpağındı şəhdim, şirəm.Gəldiyim günü bilirəm,Öldüyüm günü bilmirəm.
2001, 1 may
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-bilmirem-2
Use ← → keys to move, R for a random poem
More by this author
Halallıq.
Çölləri, düzləri gözəlləşdirər,Çiçək halallığı, gül halallığı.
Bu qədər lilində batma nifrətinBu qədər lilində batma nifrətin,Didər nifrət ömrü, didər kin ömrü.
Yaraşıq kimiOdumun, suyumun yar-yaraşığı,Yasımın, toyumun yar-yaraşığı,
Dünyanın qovşağı mənlik deyilmişYerdən nur çəkilib, çiçəkdən ətir,Kədər dalğa-dalğa, qəm sətir-sətir.