Gördüm
Bu nə qurğu, bu nə saat,şimşək kimi keçdi həyat,Arzularım oldu boyat,gedib ömrün çoxu, gördüm.Əldən getdi ömrüm-günüm,unuduldu toy-düyünüm,Ərşə çıxdı ahım-ünüm,var axtardım, yoxu gördüm.Toyundan çox oldu vayı,göz yaşına döndü çayı,Çəkildi fələyin yayısinəmdədi oxu, gördüm.Zaman axdı sular kimi,döndü bir göz qırpımına.Əlli ili yaşamadım,elə bil ki, yuxu gördüm.
2001, 15 may
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-gordum-3
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Ünçəqay
Gəl, gəl, ey sevgili yarım,Götür üzdən niqab ünçəqay,
Qəzəl: Təzədən düşdü yenə başıma sevda-sevdaTəzədən düşdü yenə başıma sevda-sevda,Eşq odu qıldı məni aləmə rüsva-rüsva
جنون فوق عایات الجنونیجنون من حبیب ذوالفنونی
UzaqSahiba, bir nəfərəm dövlətü izzətdən uzaq,Düşmüşəm şəhrdən avarə, vilayətdən uzaq.