Bəy – gəlin
Yer üzü oğlandı, göy üzü qızdı,Nazdı, gözəllikdi göy üzü boyda.Yer göyü hər axşam bağrına basar,Alar öpüşünü göy üzü boyda.
Dönər əfsanəyə, dönər nağıla,Dönməz öz yolundan, dünya dağıla.Ay işıq apara qızdan oğula,Sevgiyə çevrilər bəy özü boyda.
1998, 12 noyabr
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-bey-gelin
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Kimdir ki, verməsin könül əbrukəmanlara
Kimdir ki, verməsin könül əbrukəmanlara,Dil verməmək mahaldı bu dilsitanlara.
GəzdimGəzdim Lənkəranı, gəzdim mən Qaxı,Məni heyran etdi ulu Şamaxı.
MürəbbəQanamıq məni, doğrusın deyim,Məni yüz min dərdə salan yar budur
Başına döndüyümUzun illər arzusun çəkdiyim,Getmə, bəri gəl, başına döndüyüm,