Mənim
Billəm, kar eyləməz kar qulaqlara,Olsa min fəryadım, min ahım mənim.Namərd zərrə qədər halıma yanmaz,Duman fikrim olsa, çən ahım mənim.
Gəlsə də başına ağır bir qəza,Haqq ölüm tanımaz, həqiqət cəza.Yazıqdı, vicdanı vermə güdaza,Yoxdu bu işlərdə günahım mənim.
Göz-göz açılsa da sinəmdə yaram,Əyriyə, oğruya mən göz yummaram.Zəlimxan, heç kəsdən kömək ummaram,Ancaq həqiqətdi pənahım mənim.
1972, 8 dekabr
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-menim
Use ← → keys to move, R for a random poem
More by this author
Söz var daşa toxunub, söz də var daşdan keçib,Bircə sözün üstündə kişilər başdan keçib!
İnsan həyatıSirli bir nəsil yatır torpağın hər qatında,Neçə nəslin payı var bir insan həyatında!
Oxuyuram Nazim hikmətiQəbri Vətənindən aralı,Qəlbi Vətən sarıdan yaralı.
KişiMəhəmməd Əmin Rəsulzadənin*məzarı başında düşüncələr*
Poems by other poets · Divine love
Hamı “Mən” deyəndə, Sən ümmət dedin,Qardaşlıq, dəyanət, sədaqət dedin.
BağışlaQul xətasız olmaz, ağa, kərəmsiz,Ağa, məni o Mövlaya bağışla,
Mən həbibi-pakizadəm, ey gunuhi-əşkiyaMən həbibi-pakizadəm, ey gunuhi-əşkiya,Bulmuşam kuyi-vəfada rahi-təslimi-riza.
یا ملک المغرب و المشرقمثلک فی العالم لم یخلق