Kişi
Məhəmməd Əmin Rəsulzadəninməzarı başında düşüncələr
Yetmiş illik ayrılıq axır ki, çatdı sona,Salam! Rəsul övladı Məhəmməd Əmin kişi!Yordum uzaq yolları, səsinlə, sorağınla,Qırdım axır belini həsrətin, qəmin, kişi!
Məzarına baxanın kirpiyində nəm gördüm,Ağ mərmərin üzündə qara donlu qəm gördüm.Sənin kimi yarımaz bir qisməti kəm gördüm,Acıdım taleyinə min bəxti kəmin, kişi!
Sağ olsun məzarını ağ mərmərə tutanlar,Dilindəki sözləri seçib zərə tutanlar.Qoy tarixdən utansın səni şərə tutanlar,Yaman getdi əlindən fürsətin, çəmin, kişi!
Tanrı səni yaratdı, bir də çətin yarada,Sən qurtuluş istədin, qanlar axdı arada.Beşiyin Bakıdadır, məzarın Ankarada,Sənin Vətəndən özgə kimin var, kimin, kişi!
Nələr çəkib başımız, dərdimizdən halıydın,Yaralı bir nəğmənin unudulmaz xalıydın.Sən də bizim torpağın Mustafa Kamalıydın,Heyf! Sünbül tutmamış biçildi zəmin, kişi!
Sizdən sonra gələnlər qara yeltək əsdilər,Bizi bizdən almağa coşdular, tələsdilər.Məğrur saraylar yapan düz əlləri kəsdilər,Daşı düz qoyulmadı özülün, himin, kişi!
Ana öz övladını qoymaz gözündən yana,Vətənin ölməz oğlu, gedək Azərbaycana.Millət “İstiqlal!” deyə yenidən gəlir cana,Özün çal havasını köklənən simin, kişi!
Kəsilməz xalqın kökü, dərindədir, dərində,Zaman çəkib oturdar hər kəsi öz yerində.İllər gəlib keçsə də, sən xalqın nəzərindəYenə həmin oğulsan, yenə də həmin kişi!Bu böyük həqiqətə əmin ol, əmin, kişi!Salam! Rəsul övladı, Məhəmməd Əmin kişi!!!
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-kisi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Death
Bir an susmaq sərin torpaq altında,Qurtulmaq bu ağır, sonsuz zillətdən.
Budur, Gülşa özün qılmaq məzari-yar qurbaniBir hudəci-dərd içində Gülşa,Dutmuşdu o tale ilə qovğa.
سخت است گرچه مرگِ پدر بر پسر همیهان ای پسر مخور غم از این بیشتر همی
Qıldı zülfün tək pərişan halimi xalin səninLo thy mole hath thrown my fortune all a-tangle like thy hair;Ne'er a day, O free from dolour, wilt thou ask me, 'How dost fare?'