Ən böyük düşməni dədost eləmək istəyirəm.Tanrım! Mənə barışgücü ver!Ən dəli küləklərlə,Ən dolu şimşəklərləYarışa çıxmaq istəyirəm,Mənə yarış gücü ver!Tanımaq istəyirəmDoğunu, batını,Öyrənmək istəyirəmŞairlərin gücünü,Fatehlərin həyatınıMənə axtarış gücü ver!Öz evimin qapısı kimiAçmaq istəyirəm fəsilləriYandırmağa yay gücü ver,Dondurmağa qış gücü ver!Fikrim torpaq əkənkotan kimi parıldasın,Mənə kotan qüvvəti,mənə xış gücü ver!El atan daş uzaq gedər,Müqəddəs işlər görməyəMənə elin dilindəki,Xalqın ürəyindəkialqış gücü ver!

2010, 14 mart

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland