Bəndənin Allaha duası anam
Yaman darıxırsan kənddən ötəri,Səni yaman çəkir bu kənd yolları.Üzür ürəyini illərdən bəri,Ömrün bir-birinə peyvənd yolları.
Dua, gözmuncuğu, üzərlik, nəzir,Məni hər xətərdən qoruyan anam.Bütün ömrü boyu mənə müntəzir,Yolumda ağactək quruyan anam.Könlümü qüssədən, gözümü yaşdan,Ruhumu əzabdan, başımı daşdan,Qəlbimi kədərdən qoruyan anam.
İxtiyar çağında, kövrək günündə,Mən necə qoruyum səni, bilmirəm,Acizəm zamanın, vaxtın önündə.Bir əsim küləyə çevirə bilsəm,Qalxarmı gözlərin çəni, bilmirəm.
Bu, dərman deyil ki, alam gətirəm,Bu, həkim deyil ki, çağıram, gələ.Vaxtı dayandıran, anı saxlayan,Bir oğul anadan olmayıb hələ.
Səni qocalığa çəkir ömür-gün,Gözümün işığı, şüası anam.Oğlunu nəzərdən qorumaq üçün,Bəndənin Allaha duası anam.
Sevgiylə yaşadıq vaxtı, vədəniMən əlli, sən yetmiş yaş arasında.Gözümdən uzağa qoymaram səni,Ölüm var göz ilə qaş arasında.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-bendenin-allaha-duasi-anam
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Könül ixlas tutmaq bivəfa cananə müşküldür,Həqiqət bilməyəndən dağ çəkmək cana müşküldür
Məhəbbət deyilMən səni görməyə adət etmişəm,Adət məhəbbət deyil!
Cığalı müxəmməs: Ey simbədən, mehri-dərəxşəndə ZüleyxaEy simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,
Bizi Tanrı dərgahına ancaq bağışladığımız günahlar qaldıracaqKim dostlarını necə tanıyırsa,dünyanı da eləcə tanıyır,