Mənim ömrüm göz qırpımı,Sənin ömrün uzun olsun.Hər nemətin bir dadı var,Sənin də öz duzun olsun.

Açsın gülün, yağsın qarın,Fikir kövrək, misra narın.Üz qoynunda misraların,Haqdan gələn ruzun olsun.

Əyilmə, dərd taxta çıxsa,Ərit, yola şaxta çıxsa.Bircə sözün saxta çıxsa,Tale qarın, buzun olsun.

Öz axarın, öz bayatınDuy qəlbini bu həyatın.Nuruna dön Kainatın,Öz Ayın, ulduzun olsun!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets