Baharın gəlişi
Yenə təbiətin gəlhagəlidi,Torpağın tükənməz sərvətinə bax!Arının çiçəklə öpüşməsinə,Bülbülün budaqla söhbətinə bax!
Açılıb dağların çatılan qaşı,Sevincdən süzülür gözünün yaşı.Toxum dimdiyində qaldırır daşı,Darının dağ boyda qüvvətinə bax!
Allah vergisidir hər gül, hər çiçək,Öpür şeh damlası, oynadır külək.Baxırsan, qızarır qız yanağıtək,Gülün həyasına, ismətinə bax!
İsinir qayanın, daşın nəfəsi,Geriyə çəkilir qışın nəfəsi.Çör-çöpə can verir qışın nəfəsi,Leylək yuvasının hikmətinə bax!
Can verir ovçuya, qan verir ova,Tərpənir yaz yeli, durulur hava.Gör necə bərkiyib qurduğu yuva,Quşun dimdiyində kəlbətinə bax!
Əlləşər, can verər xəstə nar üçün,Zirvə qar üçündü, bağça bar üçün.Nə qədər yol gəlib bir bahar üçün,Qaranquş ömrünün həsrətinə bax!
Yerin sirdaşıdır, göyün həyanı,Torpaqdan götürür gücü, mayanı.Palıdın kökləri yarır qayanı,Yaşamaq eşqinin qüdrətinə bax!
Yerlə pıçıldaşır, göylə danışır,Sazla söhbət edir, neylə danışır.Nələri dindirir, nəylə danışır,Sən bir Zəlimxanın qismətinə bax!
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-baharin-gelisi
Use ← → keys to move, R for a random poem
More by this author
De: “Mənim namazım da, ibadətim də, həyatımvə ölümüm də aləmlərin Rəbbi Allah üçündür”
Sirr gizlədən, səndən mədəd!(niyyət)Mənim hüzuruma çıxanda öz hərəkət və
Adəmdən xatəməPeyğəmbərdən soruşdular: “Ya Rəsulullah,sən nə zaman peyğəmbər oldun?” Peyğəmbər:
Bir işıq doğulub gəldi dünyaya(Peyğəmbərin mövludu)Arzu uca idi,
Poems by other poets · Nature and spring
Sanei-qüdrətdən siyəb xalların,Arizində nə zindanə duşübdür.
BirAbı çeşmin göllərdə sona da bir, qaz da bir,Süsən sünbül, mor bənövşə, bülbül ötər yazda bir.
بلبل عشقم و از آن گل خندان گویمسخن از آن گل خندان به سخندان گویم
SəninNazlım, hüsnün gülşənindəAçılmış güllərin sənin,