Bax, gözlərim
Bax, gözlərim, doyunca bax bu yaşıllığa,Duyğularım toxum olub cücərə bilsin.Yerə vurğun, göyə vurğun şair ürəyi,Öz şeirini bu güllərtək becərə bilsin.
Bax, gözlərim, doyunca bax bu yaşıllığa,Yaşıl zolaq, yaşıl yarpaq, yaşıl budaqdı.Zaman burda öz işində, öz axarında,Dünya burda çək-çevirdən çox-çox uzaqdı.
Bax, gözlərim, doyunca bax bu yaşıllığa,Yaşıl sözə, yaşıl şeirə yaşıl işıq var.Zirvə başlı, qaya döşlü, çəmən ətəkli,Təbiətdə haqdan gələn bir yaraşıq var.
Bax, gözlərim, doyunca bax bu yaşıllığa,Çiçəklərin dodağında şeh görəcəksən.Nə qədər ki, təbiətlə nəfəs alırsan,Şairliyi söz taxtında şah görəcəksən!
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-bax-gozlerim
Use ← → keys to move, R for a random poem
More by this author
Əməkdə, zəhmətdə, hərəkətdədir,Həm beynim, həm qəlbim, həm əlim mənim.
GələrSənin gəlişinlə gülər taleyim,Öz hökmüm, öz vaxtım, öz anım gələr.
Ağrıyır ürəkDavaya-dərmana dözə bilmərəm,*Ağrıma ürəyim, ağrıma hələ.*
VətənVətəndir alovu, vətəndir közü,Eşqimin gözləri kor olan deyil.
Poems by other poets · Nature and spring
Ey şux mənim yar, vəfadar imsən sən,Dil gülşəni, həm qönçeyi-gülzar imsən sən,
GəlinSaldı ol qönçə dəhanın məni sevdaya gəlin,Necə ki gül yanağı bülbülü qovğaya gəlin,
Üç sağlıqGecənin dodaqları gülümsəyirdi,Masabəyi sevinclə: – Için! – deyirdi. –
رفت ز ماهی برون چشمه آتش فشانشمع فلک را ز صفر سفره نهاد آسمان