Sənin gəlişinlə gülər taleyim,Öz hökmüm, öz vaxtım, öz anım gələr.Uzanar məclisim səhərə qədər,Söhbətə Qorqudum, ozanım gələr.

Heyranam vurduğu hər incə xala,Mümkünmü qəlbimdə bir nisgil qala.Sevincim sel olar, inamım qala,Dərdin pərənini pozanım gələr.

Hələ gözümdədi neçə arzu-kam,Sənin eşqinədir yandırdığım şam,Səninlə hər zaman baharam, yazam,Döndərsəm üzümü, xəzanım gələr.

1974, 23-26 mart

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets