Bir gün ayrı düşdük, qarlı QoşqarınBaşında mən yandım, ətəyində sən.Eləmi göynətdi həsrətin məni,Olma bir çobanın tütəyindəsən.

Sən bir Yaxşısansa, mən də Sarıyam,Hər yerdə, hər zaman sənə sarıyam.Güllərin gözündən öpən arıyam,Ömrümün şanında, pətəyindəsən.

Yorulsam yolların yoxuşlarında,Taparam həyatı naxışlarında.Həm anaların baxışlarında,Həm ataların kötəyindəsən.

Özülsüz şöhrəti yellər uçurur,Deşməsin sinəni yersiz bir qürur.Qarşıda nə qədər zirvələr durur,Sən hələ dağların ətəyindəsən.

1975, 26 iyul

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation