Getdin,gecələriminşirin yuxusunu apardın.Könlümünsevinc, fərəh duyğusunu apardın.Həsrətim, hicranım mənim,

Ümidim, gümanım mənim.Açılan çiçəyə,Suyun aynasına,Sevişən quşlarınaxşam sevdasınaBaxıb-baxıb sevinəbilmirəm.Sən gedəndən bəri,a qızım,Doyunca deyib-gülə bilmirəm,dinə bilmirəm...Həsrətim, hicranım mənim,Ümidim, gümanım mənim...Uzaq, qərib bir ölkəyəişıq apardın...Boz qumlara, boz qayalaraYaraşıq apardın...Ağlın, kamalınla,Şux təbiətin,zərif xəyalınla...Arzum budur, qızım,Qədəmlərinlə həmişəNurlu günəşi andırasan...Harda qaranlıq içindəyaşayırsa insanlar,Orda işıq yandırasan...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation