Gözlərin ürəyimin içinə baxardı,Heç neyi gizlədə bilməzdim səndən.Fikrin düşüncələrimin aləmindəşimşək kimi çaxardı,Yollarımı işıqladardın sən.Ömrümüzü bulaq suyu kimi saf,Ayna kimi ləkəsiz yaşadıq,pak və təmiz yaşadıq.

Elə maddələrdən yoğrulmuşdu kivarlığımız –Nə ləkə qalırdı onda, nə qara.Dağa söykənən kimiArxalanıb yaşadıqxalqımıza, sədaqətli dostlara.Hərdən fikirlərim dumanlı,hərdən pərişan.Həmişə şit-şitgülə bilməz ki, insan.Ciyərlərimizə dolduDağ çiçəklərinin ətri,Dərmanımız vətən havası oldu.Qəlbimiznə Vətəni, nə gözəl insanlarısevməkdən yoruldu.Ürəyi xırda-xuruş yük iləDolanlara acıyıram.Hisli çıraq kimiQurumlu olanlara acıyıram.Təmiz duyğular, pak hisslər üçünqurulub ürək.Ən ali əməllərdən, arzulardanYorulub ürək.Bədxahlığın nişanınıbu aləmə taxmayın,ürəyə çirk buraxmayın.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets