Bu yaxın günlərdə axşam çağında,Qərib ay gəzəndə bahar bağında,Yerlər nur alanda həzin şəfəqdən,Pəncərə dalında bir qız gördüm mən.Görkəmi dalğındı, baxışı xumar,Üzmüşdü könlümü acı intizar.Kölgəli yollarda qalmışdı gözü,Əsirdi, həycandan qalxırdı köksü...Burdayam! Səsləndi biri qəflətən...Qız quştək silkinib qalxdı yerindən,Pəncərəni açdı tez titrəyərək,Qovdu buludları bu anda külək...Qara pərdə çəkdi ayın üzünə,Öz-özümə dedim min alqış sənə.Ey bəxtiyar insan, bəxtiyar insan,İndi məhəbbətdən kam alacaqsan...Bir belə sevimli gün olacaqmı,Mənim də pəncərəm açılacaqmı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation