Bir son bahara da düşdüömrümün təqvimindən,Nə sənə məhəbbətim,nə həsrətim azaldı,Özüm də heç bilmirəmniyə bir ömür boyuGözüm uzaq yollarda –sənin yolunda qaldı.Bir qocaman dağ olsansəni vurub yıxardım.Ürəyimdən ən incəteli necə qopardım?Dünyada gözəl də çox,gözəl ürəklər də çox.Şirin-şirin arzular,incə diləklər də çox.Bir sən oldun könlümünyaxın dostu, həmdəmi.Sən olmasan tutmazdıbəlkə əlim qələmi.Sən olmasan baharın,yazın ətri olmazdı.Sən olmasan bir dünyasevinc belə çox azdı.Baharın çiçəkləriaçıb solmasın sənsiz.Ömrüm sənsiz olmasın,şerim olmasın sənsiz.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring