Mənim şair qardaşlarım
Gah əsəbi, gah yorğundur,Gah tufanlı, gah durğundur,Gah aşiqdir, gah vurğundurMənim şair qardaşlarım.
Hər məclisdə sözü vardır,Gözəllərdə gözü vardır,Yer üzündə bir bahardırMənim şair qardaşlarım.
Qürurun canlı heykəli,Azadlığın gur məşəli,Bağışlamaz bəd əməliMənim şair qardaşlarım.
Uzaqlardan gələr ünü,Salamlayar nurlu günü,Xalqa verər öz ömrünüMənim şair qardaşlarım.
Əsrlərdən verdi soraq,Zülmətdə yandırdı çıraq,Düşdü vətənindən iraqMənim şair qardaşlarım.
Qaranlığa nur ələdi,Xalqa azadlıq dilədi,Tarix boyu, bax, belədiMənim şair qardaşlarım.
Dabanından soyuldular,Gözlərindən oyuldular,Zülm əliylə döyüldülərMənim şair qardaşlarım.
Zalımlara baş əymədi,Gülün xətrinə dəymədi,Zülmün yükünü çəkmədiMənim şair qardaşlarım.
Öz yurdunun nəfəsidir,Zəmanənin haqq səsidir,Söz mülkünün ustasıdırMənim şair qardaşlarım.
Kitabxana.az · https://kitabxana.az/en/works/nigar-refibeyli-menim-sair-qardaslarim
Use ← → keys to move, R for a random poem
More by this author
Dənizdə bir qız çimirdiSaçı qara, özü gözəl.
Eşq olsunMahnının musiqisiniƏrtoğrul Cavid bəstələmişdir
Xərabədə bitən çiçəkXərabədə bitən çiçək, düşündürdü məni bir az,Bəs nədəndir, deyirlər ki, viranədə gül açılmaz?
Düşmən güllə yağdırırdı işığa1941-ci ildə Leninqradda Nizaminin 800 illiyinəhəsr edilmiş gecə keçirilmişdir
Poems by other poets · Homeland
آن سرشته به عقل و دانش داد
Mərd oluBizim elin dəliləriGirər meydana mərd olu,
Yenə gəldim QarabağaYenə gəldim Qarabağa,Dağı mənim, düzü mənim,
Müxəmməs: Dila, etmə təvəqqe rastguluq qanda qalmışdırDila, etmə təvəqqe rastguluq qanda qalmışdır,Qərinə özgədir, onlar keçən dövranda qalmışdır,