Daşı sevməliyik biz innən belə
Gül gətirdim, çiçək qoydum üstünə,gül sənindi, yer sənindi, sən mənim.
Yenə qəbristana düşübdü yolum,daş yonur, qum tökür burda ustalar.Anana başdaşı qoyurlar, oğlum,səndən xatirədir, məndən yadigar.
Oğlundan, ərindən...son borcumuzdu,qalan borclarımız bir yana qalsın.O, həyat aşiqi, o yer qızıydı,qoy ondan yer üstə nişanə qalsın.
Həyatda bir sirr var, inan ay oğul,bu sirr açılmayıb qədimdən bəri.Daşdan yonulubdu, anan, ay oğul,daşı sevməliyik biz innən belə.
Nə deyim, sağ olsun heykəltəraşı,gör necə düz verib o gözü, qaşı.Saçları örpəyin altından çıxıb,tək nəfəs verməyib, yadından çıxıb.
Bu sirdi, gör necə dəyişir insan,tanınır, tanınmır... yaxşı bax oğlum.Mənim daş qadınım, sənin daş ananbizi qoymayacaq daşlaşaq, oğlum.
Kitabxana.az · https://kitabxana.az/en/works/neriman-hesenzade-dasi-sevmeliyik-biz-innen-bele
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Gecə etdim uyqumu kənar,Sordum:
Müxəmməs: İki aləmdə gözəl bəhsin qılan hala gərəkİki aləmdə gözəl bəhsin qılan hala gərək,Hər xərabat-muğanat içrə biparva gərək,
AçıldıƏqlim başdan getdi, xiyalım çaşdı,Giriban çak oldu, bellər açıldı,
Övzai-dəhrü kari-cahanü dövrü-ruzigarÖvzai-dəhrü kari-cahanü dövrü-ruzigar,Daim təğyir ilə təbdil qılıb şüar.