Bir ürək oxşamaq, yara bağlamaq,İnsanlıq borcudur, analıq borcu.Sənin ürəyinə dəyən neştərinMənim ürəyimə dəydi bir ucu.

Bir damcı təsəlli olsaydı sənə,Bir dərya göz yaşı axıdardım mən,Başının üstündən qara buluduQəlbimin ahıyla dağıdardım mən.

Uzatdı əlini amansız ölüm,Körpəcə budağı sərdi torpağa.İşıqlı dünyada beşcə gün onuQoymadı bir əziz qonaq olmağa.

Özgə ağrısına biganə olmaq,Nə sənə, nə mənə yaraşmaz, qardaş.Şair ürəyilə gəldik dünyaya,Şair təbiətli olmayaydıq kaş.

...Mən sənə təsəlli vermirəm, qardaş,Təsəllin yazdığın şeirlər olsun.Sənət sarayına qoyduğun hər daş,Sənə həm təsəlli, həm hünər olsun.7-8 aprel, 1977

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets