Mən sükut istəmirəm,sükutun dili laldır.Hələ məni yaşadanbir qanadlı xəyaldır.İstəyirəm quş kimiqurum hər yerdə yuva,Uçum kəpənək kimiruzgarı qova-qovaAxıb gedən çaylardaləpələrə qoşulum,Ruzgar olum,çöllərə, düzlərə düşsün yolum.Şaxta dəysin,qar dəysin,çovğun dəysin canıma,Dağlarda axan şimşəkgirsin mənim qanıma.Canlı insan xəyalıiti ruzgar kimidir.Mən sükut istəmirəm,sükut məzar kimidir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets