Şair arzusu, ana istəyi
1
Sevgi bayramı elan edinDünyanın bircə gününü.Rica edirəm, insanlar,kin-küdurət,soyuq nifrət,yamanlıq, bədxahlıqxeyirliyə, yaxşılığabağışlasın qoy ömrünü.Bu bir şair arzusudur,Bu bir ana istəyidir.Kövrək, körpə bu balalarzərif ömür çiçəyidir.Topların qorxunc səsindən,Kor ejdaha nəfəsindənbizlər qorumalıyıqgələcək nəsilləri,parlaq və dinc illəri.Qoy zəncir görməsinazad biləklər,Dolaşsın hər yanıazad küləklər...Zəhmət, sevinc olsun,əzab olmasın.şəhərlər dağılıbxarab olmasın.Tarixin varaqlarıdaha qanla dolmasın.Şadlıq, sevinc olsun,qəm və hicran olmasın.
2
Göyləri mavi, təmiz görəndəaçıb qollarımı fərəhləqucaqlamaq istəyirəm.
Məzlumlara, haqsızlarabu işıqlı dünyadabir haqq istəyirəm.Vətən göylərinə vahiməyləbaxan olmasın,başına matəm örtüyütaxan olmasın.İşıqlı dünya yurdsuzlaraişıq saçsın doğmaana kimi,Yurdsuz, yuvasızsərgərdan insanlardolaşmasın dəli-divanəkimi...Pozulmasın bu vüqarlıdağlarımın ehtişamı;Səksəkədən sarsılmasınkörpələrin dinc axşamı.Mavi dəniz ləngər vurubsakit-sakit yırğalansın.Sahil boyu işıqlarımqızıl-qızıl sırğalansınYurd-yuvası dağılmasınbu günahsız körpələrin.Axı fırlanır dünyamızüstündə tək bir mehvərin...
3
Dünyanın hamıyaçatar günəşi,suları, havası, odu,atəşi,Bir körpə fərəhi,körpə gülüşüömrə bəzək olsun,həyata dilək,balaları heç vaxtsəfil görməyək.Körpələr həyatınbahar fəslidir,dinclik, arzu, fərəh,ümid nəslidir,Səsini azadlıqsəsinə qatsın.Fəsillər dalıncafəsillər gəlsin,Hünərli, arzulunəsillər gəlsin.
Kitabxana.az · https://kitabxana.az/en/works/nigar-refibeyli-sair-arzusu-ana-isteyi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Məcmu hər vilayətdən ağırdı dağı TiflisinBahar çağı cənnətə oxşuyur bağı Tiflisin
Qəzəl: Raze mən bər xəlq əyan şodراز من بر خلق عیان شد حیف حیفاشکم از دیده روان شد حیف حیف
AğlaramGənə yeni başdan dərdlərə düşdüm,Alışdım, dutuşdum, yandım, ağlaram,
EyləməTutu quşu, gəl, Allahı sevirsən,Mənim sirrim xalqa bəyan eyləmə,