Meşə yanırdı,Kol-kos alovlanırdı,Qurbağa canınıqurtarmaq üçünyanğındanyaxınlaşdı çaya.Üzüb keçmək istəyirdi o taya.Əqrəb qaranəfəs yetirdiözünü sahilə.Tutdu qurbağanı dilə:– Can qardaş,yanır meşə,Əlac elə sən bu işə.Məni dalına götür,Qarşı sahilə ötür.Qurtar məni bu yanğından,Yaxsa məhv olaram, aman!

Qurbağanın rəhmə gəldi ürəyi.O hələ incitməmişdiHə bir qarışqanı,nə bir milçəyi.İnandı əqrəbə, əqrəbin dilinə,Mindirdi onu öz belinə.Yükü ağır olsa da qurbağanınBirtəhər üzüb keçdi çayı.Sahilə az qalmışdı,yaxın idi suyun o tayı,Əqrəb: – Qurbağa qardaş,Gərək mən səni sancam, – dedi, – bu an!Qurbağa inanmadı bu nankorluğa.– Nə yamanlıq etdim ki, sənəməni sancasan?Səni yanğından, bəladanqurtardım,Dalıma mindirib sahiləçıxardım.– Bilirəm, bilirəm, – dedi əqrəb, – bunları,Mənim xislətim budur,sən incimə barı.Zəhərimi tökməsəm,özüm tələf olaram,Həmişə əqrəb olmuşam,yenə də əqrəb varam.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets