Ömrümü güllərə məftun yaşadım
Ömrümü güllərə məftun yaşadım,Gülü, bənövşəni, nərgizi sevdim...Gecə qaranlıqda üşüdü qəlbim,Səhəri, işığı, gündüzü sevdim.
Ömrümün bəzəyi oldu həmişəGah dağ çiçəkləri, gah aran gülü.Ağladım üşüsə nazlı bənövşə,Ağladıqca görəndə nigaran gülü.
Deməyin çiçəklər dilsizdir, laldır,Ayrılıq rəmzidir bu ağ çiçəklər.Çiçəklər aləmi – incə xəyaldır,Gözəldir, qəşəngdir zanbaq çiçəklər.
Kitabxana.az · https://kitabxana.az/en/works/nigar-refibeyli-omrumu-gullere-meftun-yasadim
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Yenə yada düşdü nakam eşqimiz,O gözün oduna bir daha yandım.
Aydın olsunGözəlliyi elə car olan Pəri,Gərdənə həmayil tax, aydın olsun!
Qəzəlin tərifiQəzəl – Şərqin incisi!Qərb inciyir, incisin!
"Şair"lərimizə nəzirəEy alnın ay, üzün günəş, ey qaşları kəman,Ceyran gözün, qarışqa xəttin, kakilin ilan.