Evimizdə yeni bir nəğmə kimiSəsləndi bağırtıların,Ayselim, Aysel!Töhfəsi oldun bizəBuilki son baharın...Zərif çiçək kimisənKövrək, məzəli...Evimizin körpəcə gözəli...Əllərini, qollarınıaçmaq istəyirsən...Bələklər, bağlar içindən.Qurtarmaq, qaçmaqistəyirsən...Körpə, zərif çiçəyim,

Alagözlüm, göyçəyim,Bil, varlığın bir amansızqanunu var,Dünyada azad yaşarYalnız güclü olanlar.Sən böyüyüb yer üzünəMöhkəm ayaq basarsanBələklərdən, bağlardanÇıxıb azad yaşarsan,Ayselim, Aysel.Körpəcə zərif çiçək,Alqışlasın səni el,Biz səni xoşbəxt görək...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring