Quş səsləri
Səhər müjdəçisi, a gözəl quşlar,Civ-civ edirsiniz nə tezdən belə?Sizi bir elçimi göndərmiş bahar,Yoxsa məftunsunuz ətirli gülə?
Hələ qızarmamış göylərin rəngi,Bir həyat səsiylə oyanırsınız.Yuyunub, yuyunub inci şehlərdəŞəfəqin rənginə boyanırsınız.
Hərdən çiçəkləri seyrə dalıram,Aparır bir həzin xəyalat məni.Sizin səsinizdən ilham alıram,Hərdən düşündürür bu həyat məni.
Dünyadan heç zaman kəsilməyəydiGözəl, şən nəğməli bu quş səsləri.Ömrün bağçasında ötəydi hər anFərəhli, nəşəli bu quş səsləri.
Kitabxana.az · https://kitabxana.az/en/works/nigar-refibeyli-qus-sesleri
Use ← → keys to move, R for a random poem