Yasəmənin ilk budağınımənə verin, qızlar,mənə verin.Axı siz onu iyləyib,qoxlayıbSolan kimi atacaqsınız,Evinizdəki lazımsız, gərəksiz şeylərləzibillərə qatacaqsınız;Mən onu ürəyimin başına qoyacağam.Nə iyindən, nə rəngindən,Nə tamaşasından doyacağam.Mən ona şeirlər,nəğmələr qoşacağam.Çovğunlu qış günündəhəzin-həzin yada salıbyasəməni,Bahar eşqiylə coşacağam.Elə nəğmələr qoşacağam ki, onaQışda yasəmən ətirli ruzgarınnəfəsi gəlsin,Yasəmən budaqlarıyırğalansın qış günüevimizdə,Qaranquşların qanadındabaharın səsi gəlsin...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets