Moskvadan çıxan yollarHəyat damarlarıdır.Geniş, böyük bir ölkəyəişıq dağıdır.Vətən davasındanər igidlər qorudubu yolları.Moskvadan çıxan yollar –Ölkənin şah damarı!Kaşir yolu deyilirbu yolun da adına.İşğalçılar bu yollardarast gəldiQul olmaq istəməyənbir millətin inadına.Kaşir yolu deyilirbu yolun da adına.İşıqlı bir bina varKaşir yolunun üstdə.Bir ümidlə yönəlirBura çarəsiz xəstə.Bina deyil,Elə bilGenişcə bir şəhərdir.İnsanlığın baxtınaaçılan bir səhərdir.Zəka bahadırları,idrak qəhrəmanları,Cəngə girişib burdainsanlığın ən qəddar,amansız düşməniylə.Varlığıyla, canıylaBurda göstərir hünər,Burda göstərir inad.Burda fikir işləyir,Zəka açır qol-qanad.İnsan ömrü uğrundaburda vuruşlar gedir,möcüzələr yaranır.Axtarış yollarındaXeyirli işlər gedir...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets