Səni qadın çağırır,Ürəyinin səsiylə,Məhəbbət nəğməsiylə...Belə çağırırbir-biriniÇəməndə çiçəklər,Meşədə quşlar...Belə çağırır küləkləriniƏtirli bahar...Belə çağırırSusuz yanan çöl –buludu...Belə çağırırfırtınalı göl –sükutu...Səni qadın çağırırÜrəyinin səsiylə,Alovlu nəfəsiylə...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring