Yasda
Ağlama, ana,ərəb xəlifələrininminillik dərdinə,Ağlama yana-yana.Qumlarda üryan olan,gözləri giryan olan,Fatimeyi Zəhranındərdi nəyinə gərək.Onlardan əl çək,Tarixin qara səhifələrindəitib gedənQədim qanlı faciələrindərdi sənə qalmayıb.Tayfa davasındahəlak olanİmamların matəmi –zaman keçsə belə –sənin nəzərindəazalmayıbAğlama, ana.Ağlama yana-yana.Öldürsə də firqəti-ƏkbərLeylanı-Leylanı,
Yandırsa da ağır dərdlərLeylanı-Leylanı,Sən Vətən davasındangedib qayıtmayanüç oğlunun qəmini çək;Min yerdən yara alanvətənin dərdini çək.Yetim balaların,Dul gəlinlərin,oğulsuz analarınağla dərdinə.Ərəb xəlifələrininMinillik matəmiqalmayıb sənə.Qəmin, kədərin,mənası böyük,mənası dərin.Sənin tökdüyüngöz yaşlarıpuçdur, hədərdir.Ağlama, ana can,Bax, dan yeri qızarır,Artıq səhərdir.Yurdun – gözəl,səhəri – aydın.Bu güllü bağçalarınmehmanı olaydın,mehmanı olaydın.
Kitabxana.az · https://kitabxana.az/en/works/nigar-refibeyli-yasda
Use ← → keys to move, R for a random poem