İstəsəm
İstəsəmdağı dağ üstə qoyaram,İstəsəm torpağın dərisini soyaram.İstəsəmYer kürəsinin başındatufan olub əsərəm.İstəsəmnəsil-nəsil insanların kökünüYer üzündən kəsərəm.Güclüyəm, amansızam, möhtəşəməm,amansız qüssəyəm, qəməm.Xəyallar arxamca sürünür,Dünən dağ boyda görünənTaun, vəbanı elmin əliyləboğdum.Çiçəyi, qara qızdırmanıdiyar-diyar qovdum.Xirosima faciəsinin şahidiyəm,Kosmos fatehlərininəlini sıxmışam.Yeni aləmlər açmışam,köhnə dünyanı yıxmışam.Atom nəfəsliyəm,Azadlıq həvəsliyəm,İnqilab səsliyəm.
İyirminci əsrəm mən,Ölümlərin, fəlakətlərinyolunu kəsirəm mən.Hər sirri, hər hikmətibilməliyəm.İnsanın insanla düşmənliyinisilməliyəm.
Kitabxana.az · https://kitabxana.az/en/works/nigar-refibeyli-istesem
Use ← → keys to move, R for a random poem
More by this author
Ömrümün ən dərdli, qəmli çağındaKönül rübabımı çalmaq istədim.
Sevirəm, sevmirəmİnsanda qüruru, ləyaqəti sevirəm.Lovğalığı, kobudluğu sevmirəm.
İşıqlı şeirlərMən işıq qızıyam, işıq övladı:İşıqlı dünyadır dünyamın adı...
Çinar kimi əzəmətlimÇinar kimi əzəmətlim,Qolları Fərhad qüvvətlim,
Poems by other poets
Dünyadə cəfasız bizə bir yar tapılmaz,Dildar tapılmaz.
Mürəbbə: Bu məkanda müşk ənbər yeri varBu məkanda müşk ənbər yeri varQara gözlüm gəzən yerdir bu yerlər
ŞikəstəQalmışam pərvanə tək,Odlanə-odlanə mən.
Bu, sülh etməgidür şahilə ol qövmi-pərişanınHər söz dedilər vəziri-Əntər,Rədd eylədi cümləni sərasər.