Dostum, mən bu dastanıİstəmirəm uzatmaq,İki sevən ürəyinbir eşqi vardı ancaq.Onlar cavan yaşındaƏhdü-peyman etdilər,Fəqət həyat yolundaBaşqa yolla getdilər.Şahnabat qoca bir aliməərə getdi,Dövlətə, vara getdiQulağında, barmağındaparladı qiymətli daş-qaşı,Hərdən gizli-gizli axdıŞahnabatın göz yaşı.Tahir əsgər getdi,Döyüş meydanında yaralar aldı.Oxudu,hərbi rütbələr qazandı,Yaralar sağaldı,Saçlarına dən düşdü.General oldu.Gəncliyi yadına hərdən düşdü.Təsəllisi şirin bir xəyal oldu.

Bütün yaralar sağaldıTahirin ürəyində;Döyüş yarası, həyat yarası;Bircə gizlin-gizlin qövr eləyibheç sağala bilmədiVəfasız Şahnabat yarası.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets