Səninlə xoş keçən o görüşləriÖmrümün ən şirin yuxusu sandım.Səni tanıdığım o gündən bəriElə bil yuxudan birdən oyandım.

Nə şirin, nə gözəl bir röya idiŞirin söhbətlərin, şirin vüsalın.Bu bir dostluq idi, ya sevda idi,İlişib könlümdə qaldı xəyalın.

Məni bu yuxudan oyatmasınlar,Xəyalın könlümdən qoy silinməsin.Yandırsın qəlbimi bu eşqin odu,Yandırsın, aşkarda heç bilinməsin.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets