Şanlı yol
Qışın təmiz qarı kimiağarsa da gur saçların,Gözlərində sevinci varcoşqun, gözəl bir baharın...Qəhrəmanlıq dastanıdırhəyatının hər varağı.Əməyinlə, hünərinləyaratmısan bu növrağı.Vətənimin göylərindəhökm edəndə qatı zülmətSən azadlıq şüarınıeləmişdin böyük məqsəd.İnqilabın bayrağınıalıb ələ getdin öndə.Döyüşürdün görmək üçünVətənini bir ağ gündə.Arzuların çiçək açdıxalqımızın əməyilə...Azadlığın şəfəqləribəzəyəndə bu dünyanı.Açdı doğma bacılarınməhbəs kimi o çadranı.Savadsızlıq, avamlıqlamübarizə apardın sən.Azərbaycan qızlarınınurlu yola çıxardın sən.Yoldaş oldun, ana oldun,xidmət etdin ellərimə.İlham verdin, qüvvət verdinşer yazan əllərimə...
Sən nəsillər yetişdirdintəmiz vətən havasında.Qardaşların şəhid olduBöyük Vətən davasında.Sən yurdunun kədəriləkədərlənib ağlamısan.Ağır gündə vətənininyarasını bağlamısan.
Kitabxana.az · https://kitabxana.az/en/works/nigar-refibeyli-sanli-yol
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Homeland
Öləndə bir daşa çevirin məni –Vətən torpağında bozca bir daşı.
Neyləsin(Bu şeir sovet (rus) ordusunun Bakıda törətdiyi 20 Yanvar (1990) qırğını ilə bağlı yazılmışdır)*Eşitdim Bakının matəm xəbərin,
ای آفتاب روی ترا ماه مشتریجانش مباد، هرکه کند از تو دل بری
Vətənimdir vətənimdir vətənimdir vətənimPənbeyi-daği-cünun içrə nihandır bədənim,Diri olduqca libasım budur, ölsəm, kəfənim.