Yaşıllanır çöllər, oyanır torpaq,Bəzənir gəlintək hər dərə, hər dağ,Ruhuma bir adət olur çırpınmaq.Məhəbbətim səndə, könlüm səndədir,Bahar nə nazəndə, nə nazəndədir.

Gah yoluna çıxdım, gah yola saldım,Gah intizar çəkdim, həsrətlə qaldım.Qışda sorağını uzaqdan aldım,Dedim əmanətim, eşqim səndədir,Bahar nə nazəndə, nə nazəndədir.

Xoş nəğmələr qoşdum sənin adına,Saf bir nəfəs kimi çatdın dadıma.Bir həzin axşamda düşsəm yadınaBil ki, məhəbbətim, könlüm səndədir,Bahar nə nazəndə, nə nazəndədir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation