Dağları duman alanda
Dağları duman alanda,Gözüm yollarda qalanda,Yadıma səni salanda,Gül yanağım solmasınmı?
Əsən yellər, əsən yellərSevgilimdən mənə xəbər.Solanda narın çiçəklərGözüm yaşla dolmasınmı?
Bu yerlərdən keçməz oldum,Dost, düşməni seçməz oldum,Eşqimə and içməz oldum,Könlüm xarab olmasınmı?
Kitabxana.az · https://kitabxana.az/en/works/nigar-refibeyli-daglari-duman-alanda
Use ← → keys to move, R for a random poem
More by this author
Nə həzin, nə qəmli keçərdi axşam,Çıraqlar yananda sən gəlməsəydin,
Vüsalın həyatdır, hicranın ölümVüsalın həyatdır, hicranın ölüm,Sən bir ürəkdən gül, qoy mən də gülüm,
Sevgilim könlümü aldı əlinəSevgilim könlümü aldı əlinə,Solğun bir gül kimi oxşadı atdı.
Nə şöhrət istədim, nə şan istədimNə şöhrət istədim, nə şan istədim,Bu dünyada təmiz vicdan istədim.
Poems by other poets · Love
Nazənin gözəllər seyrə gedirlər,Ol mahi-tabanım hani görünməz,
از دهانش بسخن جز اثری نتوان یافتاز میانش بمیان جز کمری نتوان یافت
On səkkiz yaşında...Çatır son mənzilə ömrün karvanıƏlli il yol gəldik bu səhrada biz.
Cığalı müxəmməs: Ey simbədən, mehri-dərəxşəndə ZüleyxaEy simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,